AZ

Bakıda keçirilən “Prezident Kuboku”nun ilk günü yekunlaşdı

Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku 2026” turnirinin ilk yarış günü başa çatıb.

90deqiqe.Az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarış Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunub.

Dənizkənarı Bulvar ərazisində təşkil edilən reqatada idmançılar iki kateqoriya üzrə mübarizə aparırlar. Yeniyetmələr “Optimist”, gənclər isə İLCA4 sinfində güclərini sınayırlar.

Turnirin ikinci günü də eyni məkanda – Bakı bulvarında, Yaxt Klubun yaxınlığında keçiriləcək.

Qeyd edək ki, “Prezident Kuboku 2026” mayın 3-də başa çatacaq və qaliblər iki günün nəticələrinə əsasən müəyyənləşəcək.

Seçilən
22
9
90deqiqe.az

10Mənbələr