AZ

“Arsenal” evdə “Fulhem”ə şans vermədi

İngiltərə çempionatının 35-ci turunda “Arsenal” ilə “Fulhem” arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az xəbər verir ki, London şəhərində yerləşən “Emireyts stadionu”nda oynanılan görüşdə “topçular” 3:0 hesablı qələbə qazanıblar. Qarşılaşmanı avstraliyalı hakim Cərred Cillet idarə edib.

Hesab oyunun 9-cu dəqiqəsində Viktor Dyokeres tərəfindən açılıb. 40-cı dəqiqədə Bukayo Saka fərqi artırıb. İlk hissəyə əlavə olunmuş vaxtın 4-cü dəqiqəsində isə Dyokeres dubl edərək yekun hesabı müəyyənləşdirib.

Bu nəticədən sonra “Arsenal” 76 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. Komanda “Mançester Siti”ni 6 xal qabaqlayır, lakin rəqibin ehtiyatda iki oyunu var. “Fulhem” isə 48 xalla 10-cu pillədə yer alır.

Növbəti turda “Arsenal” mayın 10-da səfərdə “Vest Hem Yunayted”lə qarşılaşacaq. “Fulhem” isə mayın 9-da öz meydanında “Bornmut”u qəbul edəcək.

Seçilən
21
90deqiqe.az

1Mənbələr