AZ

“Bavariya” son dəqiqədə məğlubiyyətdən xilas oldu

Almaniya çempionatının 32-ci turunda “Bavariya” ilə “Haydenhaym” arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Münhendə yerləşən “Arena Münhen”də oynanılan qarşılaşma 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Görüşü Frank Vilenborq idarə edib.

Qonaqlar hesabı 22-ci dəqiqədə Budu Zivzivadzenin qolu ilə açıblar. 31-ci dəqiqədə Eren Dinkçi fərqi artırıb. 44-cü dəqiqədə Leon Qoretska bir topun əvəzini çıxıb, 57-ci dəqiqədə isə dubl edərək hesabı bərabərləşdirib. 76-cı dəqiqədə Zivzivadze yenidən fərqlənib. Oyuna əlavə olunmuş vaxtın 10-cu dəqiqəsində isə Diant Ramayın avtoqolu yekun nəticəni müəyyənləşdirib.

Bu nəticədən sonra “Bavariya” 83 xalla turnir cədvəlinə başçılıq edir. Komanda daha əvvəl çempionluğu vaxtından əvvəl təmin edib. “Haydenhaym” isə 23 xalla sonuncu – 18-ci pillədə qərarlaşıb.

Növbəti turda Münhen təmsilçisi mayın 9-da səfərdə “Volfsburq”la qarşılaşacaq. “Haydenhaym” isə mayın 10-da “Köln”un qonağı olacaq.

Seçilən
35
90deqiqe.az

1Mənbələr