Fransa çempionatının 2025/2026 mövsümünün 32-ci turunda “Mets” ilə “Monako” arasında keçirilən oyun başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, Mets şəhərində yerləşən “Sen-Simforyen stadionu”nda oynanılan qarşılaşmanı Rüddi Büke idarə edib. Görüş qonaq komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesab 49-cu dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Jessi Demenqe tərəfindən açılıb. 61-ci dəqiqədə “Monako”nun yarımmüdafiəçisi Folarin Baloqun bərabərlik qolunu vurub. Oyuna əlavə olunmuş vaxtın 2-ci dəqiqəsində isə Ansu Fati qələbə qoluna imza atıb.
“Monako”nun rusiyalı yarımmüdafiəçisi Aleksandr Qolovin start heyətində meydana çıxıb və 74 dəqiqə oynayıb.
Bu nəticədən sonra “Monako” 32 oyundan topladığı 54 xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. “Mets” isə 16 xalla sonuncu – 18-ci yerdədir və elitada qalmaq şansını itirib.