AZ

Göz əməliyyatı artıq başqa cür aparılır – yeni sistem işə düşdü

Tibbdə yeni texnologiyanın tətbiqi ilə göz əməliyyatlarında fərqli üsuldan istifadə olunmağa başlanıb.

Musavat.com xəbər verir ki, ABŞ-də fəaliyyət göstərən göz cərrahı Erik Rozenberq bu üsulla katarakta əməliyyatını xüsusi virtual reallıq eynəyi ilə həyata keçirib.

Məlumata görə, əməliyyat üçün xüsusi hazırlanmış proqram təminatından istifadə olunub. Bu sistem mikroskoplardan gələn görüntünü real vaxtda eynəyə ötürür və cərrah əməliyyat sahəsini böyük və aydın formada, fasiləsiz izləyə bilir.

Bu texnologiya həkimin diqqətini ayrı-ayrı ekranlara yönəltmədən birbaşa əməliyyata fokuslanmasına imkan yaradır. Eyni zamanda digər həkimlər də uzaqdan bu prosesə qoşularaq əməliyyatı izləyə və lazım gəldikdə müdaxilə edə bilirlər.

Bildirilir ki, ilk belə əməliyyat 2025-ci ilin oktyabrında həyata keçirilsə də, nəticələr yalnız indi açıqlanıb. Həmin vaxtdan etibarən Rozenberq yüzlərlə oxşar əməliyyat aparıb.

Musavat.com

Seçilən
9
3
musavat.com

10Mənbələr