“Qarabağ”ın legioneri Sami Mmae komandanın düşərgəsini tərk edib.
Sportinfo.az xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, ölkəsinə yollanıb.
Belə ki, belçikalı müdafiəçi şəxsi işləri ilə əlaqədar baş məşqçi Qurban Qurbanovdan icazə alıb.
S.Mmae yenidən Azərbaycana qayıdacaq. Lakin onun Ağdam klubunun heyətində meydana çıxıb-çıxmayacağı bəlli deyil.
Mmae Çempionlar Liqasında “Nyukasl”a (1:6) qarşı keçirilən matçdan sonra Qurban Qurbanov tərəfindən intizam qaydalarını pozduğuna görə əvəzedici heyətə göndərilmişdi.
Ötən ilin yayında Zaqreb “Dinamo”sundan 1 illik icarəyə götürülmüş müdafiəçi mövsümün sonunda məxsus olduğu kluba geri dönəcək.
