Olke.az saytından alınan məlumata görə, ain.az bildirir.
ABŞ Energetika Nazirliyi nüvə başlığı daşıya bilən yeni, güclü bunker-büster bombasının hazırlanması üçün növbəti maliyyə ili üçün büdcəsindən milyonlarla dollar tələb edir.
"Ölkə.az" xəbər verir ki, bu barədə The War Zone (TWZ) məlumat yayıb.
Məlumata görə, sözügedən silah bunkerləri və digər yeraltı hədəfləri məhv etmək üçün nəzərdə tutulmuş NDS-A-dır. Bildirilib ki, bombanın hazırlanması üçün təxminən 100 milyon dollar nəzrəd tutulub.
."NDS-A ABŞ Prezidentinə mürəkkəb və dərin basdırılmış hədəfləri məhv etmək üçün əlavə nüvə imkanları təqdim edəcək. Proqram fəal şəkildə inkişaf etdirilir. Silahın hazırkı inkişaf mərhələsi açıqlanmır", məlumatda qeyd olunur
Hazırlanan bombanın mümkün gücü göstərilmir, lakin qeyd olunur ki, ABŞ Silahlı Qüvvələrinin istifadəsində olan yeganə nüvə hava bombası olan B61-11-in döyüş başlığı gücü 340 ilə 400 kiloton arasında dəyişir.
Elvin
Ölkə.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.