AZ

Liqa 1: PSJ “Loryan”la ev oyununda xal itirdi – ARENA.AZ

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 32-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı PSJ – “Loryan” matçı liderin xal itkisi ilə üzləşib. “Nitsa” – “Lans” matçında da qalib müəyyənləşməyib. “Nant” evdə Marsel “Olimpik”inə 3 cavabsız qolla qalib gəlibsə, “Monako” səfərdə “Mets”i çətinliklə üstələyib.

32-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Fransa, Liqa 1
32-ci tur
2 may

Nant – Olimpik (Marsel) 3:0
Qollar: Qanaqo, 50. Kabelya, 54. Ablin, 58.

Mets – Monako 1:2
qollar: Deminque, 49 – Baloqun, 61. Fati, 90+1.

PSJ – Loryan 2:2
Qollar: Mbaye, 6. Zair-Emeri, 62 – Paqis, 12. Tosin, 78.

Nitsa – Lans 1:1
Qollar: Abdi, 84 – Sent-Maksimin, 60.

3 may

17:00. Lill – Havr
19:15. Oser – Anje
19:15. Paris – Brest
19:15. Strasburq – Tuluza
22:45. Olimpik (Lion) – Renn

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
35
50
arena.az

10Mənbələr