AZ

ABŞ Mərkəzi Komandanlığının rəhbəri döyüş gəmisində: ön cəbhədə diqqətçəkən səfər - FOTO

ABŞ Mərkəzi Komandanlığının rəhbəri, admiral Bred Kuper Ərəb dənizində yerləşən ABŞ hərbi gəmisi USS Tripoli-yə səfər edib.

Bu barədə “CENTCOM” məlumat yayıb.

Açıqlamada bildirilir ki, Kuper gəmidə xidmət edən hərbçilərlə görüşüb, fərqlənən dənizçilər və dəniz piyadalarını mükafatlandırıb.

Səfər çərçivəsində admiral gəminin əsas bölmələri ilə də tanış olub. O cümlədən, USS Tripoli-nin Döyüş İnformasiya Mərkəzinə baxış keçirilib və əməliyyat imkanları qiymətləndirilib.

Seçilən
41
aznews.az

1Mənbələr