AZ

“Barselona” səfərdə “Osasuna”nı məğlub etdi

İspaniya La Liqasının 2025/2026 mövsümünün 34-cü turunda “Osasuna” və “Barselona” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma Pamplonadakı “El-Sadar” stadionunda keçirilib. Görüşün baş hakimi İsidro Dias de Mera Eskuderos olub. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 81-ci dəqiqədə “Barselona”nın hücumçusu Robert Levandovski açıb. Beş dəqiqə sonra Ferran Torres fərqi artırıb. 89-cu dəqiqədə isə “Osasuna”nın futbolçusu Raul fərqi azaldıb.

“Qırmızı-ağlar” 42 xalla turnir cədvəlində 10-cu pillədə qərarlaşıb. “Mavi-qranatlılar” isə 88 xalla birinci sıradadır.

Ötən turda “Osasuna” “Sevilya”nı 2:1 hesabı ilə məğlub edib, “Barselona” isə “Xetafe” üzərində 2:0 hesablı qələbə qazanıb. Növbəti turda “Osasuna” 8 mayda “Levante” ilə qarşılaşacaq, kataloniya klubu isə 10 mayda Madrid “Real”ı ilə üz-üzə gələcək.

Seçilən
55
50
90deqiqe.az

10Mənbələr