AZ

“Nitsa” evdə “Lans”la heç-heçə etdi

Fransa Liqa 1-in 2025/2026 mövsümünün 32-ci turunda “Nitsa” və “Lans” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma Nitsadakı “Allyans Riviera” stadionunda keçirilib. Görüşün baş hakimi Tomas Leonar olub. Matç 1:1 hesablı bərabərliklə başa çatıb.

Oyunda hesabı 61-ci dəqiqədə “Lans”ın hücumçusu Allan Sen-Maksimen açıb. 82-ci dəqiqədə qonaq komandanın futbolçusu Saul Abdülhəmid qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. 84-cü dəqiqədə “Nitsa”nın müdafiəçisi Əli Əbdi hesabı bərabərləşdirib.

“Nitsa” 32 turdan sonra 31 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. “Lans” 31 oyundan sonra 64 xalla ikinci yerdədir. Turnir cədvəlinin lideri isə 70 xalla PSJ-dir.

Növbəti turda “Nitsa” 10 mayda səfərdə “Oser”lə qarşılaşacaq, “Lans” isə 8 mayda doğma meydanda “Nant”ı qəbul edəcək.

Seçilən
89
90deqiqe.az

1Mənbələr