İranın yüksək rütbəli hərbi rəsmisi ABŞ-la yeni hərbi toqquşma ehtimalının mövcud olduğunu bildirib.
Musavat.com xəbər verir ki, bu barədə Fars xəbər agentliyi məlumat yayıb.
İran Silahlı Qüvvələrinin müharibə idarəçiliyinə cavabdeh olan Xatəmül-Ənbiya Mərkəzi Qərargahının komandan müavini, briqada generalı Məhəmməd Cəfər Əsədi ölkəsinin istənilən hərbi təhdidə qarşı hazır olduğunu deyib.
O, ABŞ-nin təhdidlərinə və regiondakı hərbi fəallığına işarə edərək bildirib ki, İran Silahlı Qüvvələri tam döyüş hazırlığı vəziyyətindədir.
Əsədinin sözlərinə görə, ABŞ rəsmilərinin addımları və açıqlamaları əsasən media xarakteri daşıyır. O qeyd edib ki, bunun məqsədi əvvəlcə neft qiymətlərində dalğalanmanın qarşısını almaq, daha sonra isə Vaşinqtonun yaratdığı çıxılmaz vəziyyətdən çıxmaqdır.
Musavat.com