AZ

Bakıda keçirilən Avropa Kubokunda növbəti qaliblər müəyyənləşdi

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku yarışları davam edir.

90deqiqe.Az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən mötəbər turnirdə 31 ölkədən gimnastlar iştirak edərək bacarıqlarını nümayiş etdirirlər.

Yarışın üçüncü günündə qrup hərəkətləri üzrə mükafatçılar müəyyənləşib. Gimnastlar 5 top, həmçinin 3 halqa və 2 gürz proqramlarında çıxış ediblər.

5 top proqramında İsrail yığması qızıl, AİN1 komandası gümüş, İtaliya isə bürünc medal qazanıb. 3 halqa və 2 gürz proqramında isə AİN2 qızıl, AİN1 gümüş, Ukrayna komandası bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, Avropa Kuboku mayın 3-dək davam edəcək.

Seçilən
7
2
90deqiqe.az

3Mənbələr