AZ

İordaniya Suriyaya havadan zərbələr endirdi

İordaniya Hərbi Hava Qüvvələri Suriya-İordaniya sərhədi yaxınlığında qruplaşmaların silah anbarlarına zərbələr endirib.

Publika.az xəbər verir ki, bu barədə İordaniyanın Petra xəbər agentliyinə krallığın müdafiə nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, əməliyyat suriyalıların İordaniya ərazisinə silah daşıdıqları istehsal müəssisələri, emalatxanalar və anbarlara yönəlib. Əməliyyat zamanı xəsarət alanlar barədə məlumat verilmir.

Martın sonunda Suriya ordusunun komandanlığı qonşu İraq ərazisindən Rumeylan yaxınlığındakı Haseke hərbi bazasına raket zərbəsi endirildiyi barədə məlumat yayıb. Suriya hərbçilərinin məlumatına görə, beş raket Suriya-İraq sərhədindən təxminən 20 kilometr məsafədə yerləşən yaşayış məntəqəsindən atılıb. Neft yatağına edilən hücuma görə məsuliyyəti İraqın şiə hərbiləşdirilmiş birləşmələri üzərinə götürüb.

Seçilən
82
9
publika.az

8Mənbələr