AZ

Londonda baş verən atışma nəticəsində dörd nəfər xəsarət alıb

Londonun cənubundakı Brikston ərazisində baş verən atışma zamanı dörd nəfər xəsarət alıb.

Bu barədə "Far.Az" BBC-yə istinadən xəbər verir.

Məlumata görə, naməlum şəxs hərəkətdə olan avtomobildən bir neçə dəfə atəş açıb. Hadisə nəticəsində dörd nəfər odlu silah yarası alıb, onlar xəstəxanaya yerləşdiriliblər. Xəsarət alanlardan birinin vəziyyəti kritik qiymətləndirilir, digərlərinin yaraları həyat üçün təhlükə yaratmır.

Polis hadisənin detallarını müəyyənləşdirmək üçün araşdırmaya başlayıb.

Seçilən
113
far.az

1Mənbələr