AZ

Samsunspor: Çempionluq şənliklərinə gələn bir komandanı məğlub etdiyimiz üçün qürur duyuruq

Süper Liqanın 32-ci həftəsində "Samsunspor" öz evində qarşılaşdığı "Qalatasaray"ı 4-1 hesabı ilə məğlub etdi. Matçdan sonra "Samsunspor" klubunun vitse-prezidenti Veysəl Bilən və mətbuat katibi Suat Çakır media nümayəndələrinə açıqlama veriblər.

"Komandanın performansı hər keçən gün artırdı"

Veysəl Bilən: "Bu qələbəni cəzalı olduğu üçün aramızda olmayan prezidentimizə və stadionu dolduran azarkeşlərimizə ərmağan edirəm. Baş məşqçimiz, texniki heyətimiz və futbolçularımızla birlikdə bu matçın əhəmiyyətini dərk edərək yaxşı hazırlaşmışdıq. Üç həftədir davam edən bir qələbə seriyamız var idi. Komandanın performansı hər keçən gün artırdı. Çempionluğun ən böyük namizədini, bura bəlkə də çempionluq turu atmağa gələn bir komandanı üstələyərək qalib gəlməyin qürurunu yaşayırıq. Bu qələbə təsadüf deyil; 21 il sonra gələn bir qələbədir. 'Samsunspor' hazırda yenidən qurulma prosesindədir. Bu il Konfrans Liqasında ölkəmizə ciddi xallar qazandırdıq. Bununla yanaşı, liqaya rəng qatdığımızı düşünürük. Öz evimizdə itirdiyimiz bəxtsiz xallar olmasaydı, bu gün yenə ilk beşlikdə olacaqdıq", — deyə bildirib.

"Qalatasaray çox yaxşı komandadır"

"Samsunspor"un mətbuat katibi Suat Çakır isə belə deyib: "Bu mövsümün ən gözəl oyunlarından birini oynadıq. 'Qalatasaray' çox yaxşı komandadır, çox keyfiyyətli oyunçuları var. Biz isə ədalətli hakimlik olanda nələr edə biləcəyimizi göstərdik. Bu qələbəni matça gələ bilməyən, bizə görə haqsız yerə cəzalandırılan prezidentimizə həsr edirik. Bu il çox oyun keçirdik. Həmin yorğunluqlar səbəbindən 7-ci pillədə qaldıq. İnşallah, gələn il çox daha gözəl işlər görəcəyik".

Seçilən
119
aznews.az

1Mənbələr