AZ

Tramp: İranın cavabını qəbul etməyim çətin görünür

BAKI, 3 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın Vaşinqtonun təkliflərinə verdiyi cavabı qəbul etməsi ehtimalı azdır.

Teleqraf xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Tramp qeyd edib ki, Tehran tərəfindən təqdim olunan planı yaxın zamanda nəzərdən keçirəcək, lakin onun qəbuledilən olacağına şübhə ilə yanaşır.

“İranın bizə göndərdiyi planı tezliklə nəzərdən keçirəcəyəm. Lakin onun qəbul edilə biləcəyini təsəvvür etmək çətindir. Çünki onlar son 47 ildə etdiklərinə görə kifayət qədər yüksək bədəl ödəməyiblər”, – deyə ABŞ lideri bildirib.

Seçilən
119
19
teleqraf.com

10Mənbələr