AZ

İordaniya HHQ Suriyada silah və narkotik anbarlarına zərbə endirib

İordaniya Hərbi Hava Qüvvələri (HHQ) Suriya-İordaniya sərhədi bölgəsində silah və narkotiklərin saxlanıldığı anbarlara zərbə endirib.

"Report" xəbər verir ki, bu barədə "Petra" agentliyi İordaniya ordusuna istinadən məlumat yayıb.

"Biz krallığın şimal sərhədində qanunsuz silah və narkotik ticarəti məkanlarına zərbə endirdik. Əməliyyat alverçilərin silah və narkotikləri İordaniya ərazisinə daşıdıqları istehsal obyektlərinə, emalatxanalara və anbarlara yönəlmişdi", - məlumatda bildirilib.

Qeyd edilib ki, əməliyyatın məqsədi narkotiklərin və silahların İordaniya ərazisinə keçirilməsinin qarşısını almaq olub.

Hücum nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.

Seçilən
37
9
far.az

8Mənbələr