AZ

Tərtərdə arı sancmasından ölən şəxsin allergiyası var imiş - TƏFƏRRÜAT - VİDEO

Tərtərdə arıçı öz təsərrüfatında arı sancmasından dünyasını dəyişib.
 
Bakı sakini olan 48 yaşlı Nazim Əmrahov özünüməşğulluq proqramı çərçivəsində arıçılıq təsərrüfatı yaradaraq, ötən il təsərrüfatını Tərtərin Düyərli kəndində yaşayan qohumunun həyətinə köçürüb. Qohumlarının bildirdiyinə görə, mərhumun arı sancmasına qarşı allergiyası olub. Hadisə baş verdikdən sonra Nazim Əmrahov təcili tibbi yardımla Tərtər Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Mərhumun qohumu baş verənləri Baku TV-yə belə şərh edib:
 

 

"Mən evdə idim. Bir də gördüm qardaşımın yoldaşı çağırır ki, bəs Nazimi arı vurub. Gələndə gördüm ki, bulağın üstündə əl-üzünü yuyur. Elə orada artıq özündən gedib. Arı vurandan sonra özünə iynə vurub, sonra soyuq su xeyir edir ona. Mən də tez corabını, köynəyini, saatını çıxartdım, nəfəsi gəlmirdi.
 
Təcili yardım gəldi, damarına üç dənə iynə vurdu, yolda da ikisini vurdu. Palatada hava balonu filan qoşdular. Özü deyib ki, arı qulağımdan vurub. Həmişə özünün çantası var, neçə ildir iynə-dərmanı özü ilə gəzdirir. Yəni arının yanında olmasa da, Bakıya gedib-gəlir, çanta yanında olur. Keçən il yazda, yenə bu vaxtlar bir dəfə arı vurub, o zaman barmağından vurub. Aparıblar xəstəxanaya, 3 saata özünə gəlib. Həkimlər tanıdı ki, keçən il yenə bu vəziyyətdə gəlmişdi. Həkimlər deyir, qulağının arxasından vurduğuna görə zəhər damara düşüb. Beyinə yaxın olduğuna görə xilas etmək mümkün olmayıb".
 
Seçilən
35
1
moderator.az

1Mənbələr