AZ

Londonda atışma: 4 yaralı var

Böyük Britaniyanın paytaxtı Londonda baş verən silahlı hücum nəticəsində 4 nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, hadisə şəhərin cənubundakı Brixton rayonunda qeydə alınıb.

Məlumata görə, Coldharbour Lane küçəsində avtomobildən açılan atəş nəticəsində yaralanan şəxslər xəstəxanaya çatdırılıb. Yaralılardan 25 yaşlı kişinin vəziyyəti ağır qiymətləndirilir, digər üç nəfərin (21, 47 və 70 yaşlı) xəsarətləri isə həyati təhlükəli deyil.

Polis hadisə yerinə gecə saatlarında – təxminən 01:14 radələrində cəlb olunub. İlkin məlumata görə, hücum “seçimsiz zorakılıq aktı” kimi qiymətləndirilir və hələlik şübhəli şəxslər saxlanılmayıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir, hüquq-mühafizə orqanları şahidlərdən və hadisə ilə bağlı görüntüləri olan şəxslərdən məlumat verməyi xahiş edir.


Bizim.Media
 

Seçilən
4
1
bizim.media

5Mənbələr