AZ

Kuba Prezidenti xalqın ölkənin suverenliyini müdafiə etməyə hazır olduğunu bildirib

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Kuba Prezidenti Miqel Dias-Kanel bildirib ki, Vaşinqtondan bu dövlətə qarşı irəli sürülən hərbi təhdidlər əvvəllər görünməmiş miqyasa çatıb.

"Report" xəbər verir ki, Kuba lideri bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Amerika Prezidenti Kubaya qarşı silahlı təcavüz təhdidlərini təhlükəli və presedenti olmayan səviyyəyə qədər artırır. Dünya ictimaiyyəti buna ciddi diqqət yetirməyə və Amerika xalqı ilə birlikdə azsaylı, lakin varlı və nüfuzlu bir qrupun maraqlarına xidmət etmək naminə belə bir radikal cinayət əməlinin törədilməsinin məqbul olub-olmadığına qərar verməyə borcludur", - o qeyd edib.

Dias-Kanel həmçinin vurğulayıb ki, Kuba xalqı öz dövlətinin müdafiəsinə qalxmağa hazırdır və "nə qədər qüdrətli olursa-olsun, təcavüzkar" qarşısında təslim olmaq niyyətində deyil.

Daha əvvəl "Politico" qəzeti Amerika administrasiyasındakı mənbələrə istinadən yazmışdı ki, Vaşinqton hazırkı hakimiyyəti devirmək üçün Kubada hərbi əməliyyatın keçirilməsi ehtimalını istisna etmir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
1
azpolitika.info

2Mənbələr