AZ

Doqquz övlad atası Boris Conson Avropada doğum səviyyəsinin azaldılmasına çağırıb

Moderator.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Böyük Britaniyanın sabiq baş naziri Boris Conson Avropa ölkələrini doğum səviyyəsini artırmağa yönəlmiş proqramlardan imtina etməyə çağırıb.

Moderator.az xəbər verir ki, o, bu barədə "Daily Mail" üçün yazdığı məqalədə bildirib.

Conson doğum səviyyəsinin azalmasını "dünya üçün ən yaxşı xəbər" adlandırıb və süni intellektin inkişafı fonunda əhalinin sayının artırılmasına ehtiyac olmadığını qeyd edib.

Onun sözlərinə görə, gələcəkdə süni intellekt işçi qüvvəsini əvəz edə bilər və bu halda əhalinin azalması fəlakət yox, əksinə, planet üçün yükün azalması kimi qiymətləndirilə bilər.

Qeyd edək ki, sabiq baş nazirin özü doqquz uşaq atasıdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
3
moderator.az

4Mənbələr