AZ

İordaniya Suriyaya qarşı hərbi əməliyyat keçirib

ain.az, Sherg.az portalına istinadən məlumat yayır.

İordaniyanın Hərbi Hava Qüvvələri Suriya ərazisində hərbi əməliyyat həyata keçirib. Ölkə ərazisində silah anbarlarının vurulduğu bildirilir.

Sherg.az xəbər verir ki, bu barədə "Petra" agentliyi məlumat yayıb.

Məlumata görə, əməliyyatın məqsədi silah və narkotiklərin İordaniya ərazisinə keçirilməsinin qarşısını almaq olub. Ölkənin Müdafiə Nazirliyinin açıqlamasına əsasən, zərbələr əsasən dövlətin şimal sərhədi yaxınlığında yerləşən ticarət nöqtələrinə endirilib.

Materialda qeyd olunur: “Əməliyyat silah və narkotiklərin İordaniyaya daşınmasında istifadə olunan istehsal obyektləri, emalatxanalar və anbarlara qarşı yönəlib”.

Eyni zamanda, ABŞ-ın Kuba ilə bağlı mümkün hərbi planları barədə də məlumat yayılıb. Bildirilir ki, İrandakı hərbi əməliyyatlar başa çatdıqdan sonra ABŞ-ın Kubaya qarşı əməliyyata başlama ehtimalı var. Məqsədin Kubanı təslim olmağa məcbur etmək olduğu qeyd edilir. Bunun üçün “Avraam Linkoln” adlı aviadaşıyıcının ada sahillərinə yaxın yerləşdirilə biləcəyi iddia olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
9
sherg.az

8Mənbələr