AZ

Neft Fondundan maraqlı qızıl alış-satış siyasəti:NİYƏ ALMIŞDI və NİYƏ SATDI?

İranın hərbi əməliyyatların tam dayandırılması haqqında Pakistan vasitəsilə ABŞ-a ötürülən 14 bənddən ibarət təklifinin bəzi detalları məlum olub.

 

Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

 

Qeyd edilib ki, ABŞ tərəfinin təqdim etdiyi doqquz maddəlik təklifdə iki aylıq atəşkəs tələbi olub. Rəsmi Tehran isə buna cavab olaraq bildirib ki, məsələlər 30 gün ərzində həll edilməli və diqqət atəşkəsin uzadılması əvəzinə, "müharibənin başa çatması"na cəmlənməlidir.

 

İranın 14 bəndlik təklifində hərbi təcavüzün edilməyəcəyinə dair zəmanət, ABŞ hərbi qüvvələrinin İranın ətraf ərazilərindən çıxarılması, dəniz mühasirəsinin aradan qaldırılması, İranın dondurulmuş aktivlərinin blokdan çıxarılması, təzminat ödənilməsi, sanksiyaların ləğvi və bütün cəbhələrdə, o cümlədən Livanda müharibənin sona çatması, Hörmüz boğazı üçün yeni mexanizm və s. kimi mövzular yer alıb.

 

"Tasnim" İranın təkliflərə ABŞ-dan rəsmi cavab verilməsini gözlədiyini vurğulayıb.


**02:36


İran ABŞ-a döyüş əməliyyatlarının tam dayandırılması üçün 14 maddədən ibarət "yol xəritəsi" təqdim edib.

 

Bu barədə "Fars" agentliyi məlumat yayıb.

 

Bildirilib ki, sənəd Vaşinqtona Pakistan vasitəsilə çatdırılıb. İran tərəfi bunu ABŞ-dan daha əvvəl daxil olan 9 maddəlik təşəbbüsə cavab olaraq hazırlayıb.

 

Məlumata görə, İranın təqdim etdiyi sənəd təkcə tələbləri əks etdirmir, həm də mərhələli nizamlanma planını ehtiva edir. Lakin sənədin detalları hələ açıqlanmayıb.

 

Qeyd olunur ki, tərəflər arasında birbaşa danışıqlar aparılmasa da, vasitəçilər üzərindən dialoq davam edir. İranın bu təşəbbüsü müvəqqəti razılaşmalardan fərqli olaraq, münaqişənin tam həllinə yönəlmiş addım kimi qiymətləndirilir.

Seçilən
24
senzor.az

1Mənbələr