AZ

“Dərin kapital bazarları olmadan CAREC in potensialı məhdud olaraq qalacaq” AİB nin vitse prezidenti

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Dərin kapital bazarlarının inkişafı Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) regionu ölkələri üçün əsas şərtdir, əks halda daxili yığımların səfərbər edilməsi, xarici investisiyaların cəlbi və resursların səmərəli bölgüsü imkanları məhdud olaraq qalacaq.

"Report"un Səmərqəndə ezam olunmuş müxbirinin məlumatına görə, bunu Asiya İnkişaf Bankının (AİB) Cənubi, Mərkəzi və Qərbi Asiya üzrə vitse-prezidenti İnmin Yan AİB Rəhbərlər Şurasının 59-cu İllik Toplantısı çərçivəsində kapital bazarlarına həsr olunmuş seminarda bildirib.

Onun sözlərinə görə, "CAREC-2030" strategiyası qəbul edir ki, iqtisadi diversifikasiyanı dəstəkləmək, regional qarşılıqlı əlaqələri gücləndirmək və aşağı karbonlu, iqlimə davamlı artım modelinə keçmək üçün daha dərin və dayanıqlı maliyyə bazarlarının inkişafı zəruridir.

"Region ölkələrinin maliyyə sektorları inkişafın fərqli mərhələlərindədir, lakin oxşar struktur xüsusiyyətlərinə malikdir: qeyri-bank seqmentinin, ilk növbədə, kapital bazarlarının yetərincə inkişaf etməməsi fonunda bank sistemlərinin üstünlük təşkil etməsi. Belə şəraitdə onların dərinləşməsi olmadan daxili resursların səfərbər edilməsi, investisiyaların cəlbi və kapitalın, o cümlədən "yaşıl" və dayanıqlı infrastrukturun inkişafı üçün səmərəli bölüşdürülməsi imkanları məhdud olaraq qalacaq", - o qeyd edib.

İ. Yan vurğulayıb ki, məhz buna görə regional yanaşma mühüm əhəmiyyət kəsb edir. Regional əməkdaşlıq və inteqrasiya "CAREC-2030" strategiyasının ortamüddətli icmalı çərçivəsində AİB-nin beş prioritet istiqaməti sırasına daxildir.

Bankın vitse-prezidenti həmçinin bilik mübadiləsi və kapital bazarlarının inkişafı üçün razılaşdırılmış yanaşmaların işlənib hazırlanması məqsədilə tənzimləyiciləri və bazar iştirakçılarını birləşdirəcək strukturlaşdırılmış regional platformanın mövcud olmamasına da diqqət çəkib.

"Bu ehtiyaca cavab olaraq AİB kapital bazarlarının inkişafı üzrə CAREC Forumunun (CMDF) institusionallaşdırılmasını dəstəkləyir. O bütün maraqlı tərəflər arasında sistemli dialoq, koordinasiya və əməkdaşlıq üçün ixtisaslaşmış regional platforma kimi nəzərdə tutulub. Onun məqsədi qarşılıqlı əlaqələrin genişləndirilməsi hesabına regionda dərin, səmərəli və dayanıqlı kapital bazarlarının formalaşmasına kömək etməkdir", - o bildirib.

Onun sözlərinə görə, CMDF milli tənzimləyicilərin rəhbərliyi altında kooperativ idarəetmə modeli əsasında fəaliyyət göstərəcək. Platforma strateji tərəfdaşların, ixtisaslaşmış katibliyin və tematik işçi qruplarının dəstəyi ilə CAREC iştirakçısı olan ölkələrin kapital bazarlarını idarə edən orqanları bərabərhüquqlu əsasda birləşdirəcək. Belə bir arxitektura milli prioritetlərin nəzərə alınmasında çevikliyi qoruyub saxlamaqla yanaşı, həm ölkələrin prosesə cəlb olunmasını, həm də siyasətin davamlılığını təmin etməyə imkan verəcək.

"Gələcəkdə ən mühüm istiqamətlərdən biri də digər regionlarla, ilk növbədə, Cənub-Şərqi Asiya ilə əlaqələrin qurulması olacaq", - AİB-nin vitse-prezidenti əlavə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
5
azpolitika.info

10Mənbələr