AZ

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun üçüncü günü başa çatdı - FOTOLAR

Bədii gimnastika üzrə Avropa Kubokunun üçüncü günü də geridə qalıb.

Sportinfo.az xəbər verir ki, bu yarış günündə böyüklər yaş kateqoriyasında çıxış edən gimnastlar gürzlər və lent proqramlarında öz məharətlərini nümayiş etdiriblər.

Nəticələrə əsasən, lent proqramında Mariia Borisova (AIN 2) birinci yerə layiq görülüb. İkinci yeri Taisiia Onofriiçuk (Ukrayna), üçüncü yeri isə Tara Draqas (İtaliya) tutub.

Gürzlər proqramında isə qızıl medal Daniela Munitsə (İsrail) qismət olub. Darya Vareniç (AIN 1) ikinci, Sofiya Rafaelli (İtaliya) isə üçüncü yeri əldə edib.

Qrup hərəkətlərində komandalar 5 top, həmçinin 3 halqa və 2 cüt gürz ilə proqramlarını təqdim ediblər. 5 top proqramında İsrail komandası birinci, AIN 1 ikinci, İtaliya isə üçüncü pillədə qərarlaşıb.

3 halqa və 2 cüt gürz proqramında isə AIN 2 komandası birinci olub, AIN 1 ikinci, Ukrayna komandası isə üçüncü yeri tutub.

Çoxnövçülük üzrə böyüklər arasında keçirilən təsnifat mərhələsinin yekunlarına əsasən, çarpaz qarşılaşmalarda mübarizə aparacaq 16 fərdi gimnast müəyyənləşib. 1/8 final mərhələsində bu gimnastların 8-i top, digər 8-i isə halqa proqramında çıxış edəcək. Qaliblər növbəti mərhələ – 1/4 finala vəsiqə qazanacaqlar.

İndi isə “ulduz onaltılığı” – qarşılaşacaq gimnast cütlükləri ilə təqdim edirik:

Vera Tuqolukova – Polina Karika
Darya Vareniç – Hanna Kamenşiçkava
Alona Tal Franco – Andreea Verdes
Taisiia Onofriiçuk – Emmi Piroinen
Arina Kovşova – Fanni Piqnitski
Sofiya Rafaelli – Amalia Lica
Mariia Borisova – Daniela Munits
Tara Draqas – Hatice Gökçe Emir

Qrup hərəkətləri proqramında isə çarpaz qarşılaşmalarda aşağıdakı komandalar üz-üzə gələcək:

AIN 2 – İtaliya

Ukrayna – İsrail

AIN 1 – Bolqarıstan

Bədii

Bədii

Bədii

Bədii

Bədii

Bədii

Bədii

Seçilən
22
sportinfo.az

1Mənbələr