Uels şahzadəsi Şarlottanın 11 yaşı tamam olub.
Bizim.Media xəbər verir ki, bu münasibətlə Keyt Middlton və şahzadə Uilyam qızlarının yeni portretini paylaşıblar.
“People” nəşrinin məlumatına görə, fotoqraf Mett Porteus tərəfindən çəkilən şəkil ailənin Kornuollda keçirdiyi Pasxa tətili zamanı lentə alınıb.
Daha əvvəl yayımlanmayan fotoda Şarlotta çiçəklərin arasında, açıq sahədə gülümsəyərək poz verir. O, zolaqlı bluz və cins şalvar geyinib.
“Şarlottanı 11 yaşı münasibətilə ürəkdən təbrik edirik!” – deyə Uels şahzadəsi və şahzadə xanımının paylaşımında qeyd olunub.
Şahzadə Şarlotta Uilyam və Keytin üç övladından ortancılıdır. Cütlüyün həmçinin 12 yaşlı şahzadə Corc və 8 yaşlı şahzadə Lui adlı oğulları var.
Bizim.Media