AZ

“Qalatasaray” böyük hesabla uduzdu, “Fənərbağça” qələbə qazandı – Video


Lider “Qalatasaray” Türkiyə Superliqasının 32-ci turu çərçivəsində səfərdə “Samsunspor”la qarşılaşıb və 4:1 hesabı ilə məğlub olub.
Yeniavaz.com
xəbər verir ki, “Cimbom” 63-cü dəqiqədən etibarən meydanda 10 nəfərlə mübarizə aparıb.
Belə ki, qapıçı Günay Güvənc cərimə meydançasından kənarda topa əllə müdaxilə etdiyi üçün birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.

Hzzırda liqada ikinci yerdə qərarlaşan “Fənərbağça” isə turu qələbə ilə başa vurub. İstanbul təmsilçisi doğma meydanında “Başakşəhər”ə 3:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, hazırda turnir cədvəlində “Qalatasaray” 74 xalla liderdir. “Fənərbağça” 70 xalla 2-ci, “Trabzonspor” isə 66 xalla 3-cü yerdə qərarlaşıb.
Seçilən
24
yeniavaz.com

1Mənbələr