AZ

“Şamaxı” “Sabah”a, “Zirə” “Qəbələ”yə qarşı

Misli Premyer Liqasının XXX turunda bu gün daha iki oyun keçiriləcək.

KONKRET.az xəbər verir ki, ilk olaraq “Sabah” “Şamaxı”nın qonağı olacaq.

Şamaxı şəhər stadionunda baş tutacaq qarşılaşma saat 16:00-da start götürəcək.

Birinci pillədəki “Sabah”ın 72, meydan sahiblərinin 35 xalı var.

Günün ikinci matçında isə “Zirə” “Qəbələ”ni qəbul edəcək.

Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 18:30-da başlayacaq. “Qartallar” 46 xalla beşinci, “Qəbələ” 20 xalla 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, tura mayın 4-də yekun vurulacaq.

Seçilən
23
2
konkret.az

10Mənbələr