AZ

Premyer Liqa: “Sabah” “Şamaxı”ya, “Zirə” “Qəbələ”yə qarşı

Bu gün Azərbaycan Premyer Liqasında XXX turun daha iki oyunu keçiriləcək.

"Ölkə.az" xəbər verir ki, günün ilk matçında çempionluğu təmin etmiş “Sabah” səfərdə “Şamaxı”nın qonağı olacaq.
Baş hakim Kamal Umudlunun idarə edəcəyi görüş saat 16:00-da start götürəcək.

Günün növbəti matçında isə “Zirə” öz meydanında “Qəbələ”ni qəbul edəcək. FIFA referisi Elçin Məsiyevin idarə edəcəyi qarşılaşma saat 18:30-da baş tutacaq.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edib, “Araz-Naxçıvan” isə “İmişli”yə 0:1 hesabı ilə uduzub. Tura mayın 5-də yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
XXX tur
3 may

16:00. “Şamaxı” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Tərlan Talıbzadə, Kamran Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Şirməmməd Məmmədov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
Şamaxı şəhər stadionu

18:30. “Zirə” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Əkbər Əhmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Zirə İK stadionu

Seçilən
30
4
olke.az

10Mənbələr