AZ

ABŞ 100 milyon dollarlıq yeni silah hazırlaya bilər

ABŞ Energetika Nazirliyi növbəti maliyyə ilində büdcəsinə nüvə başlıqlı yeni silah hazırlanması üçün milyonlarla dollar vəsait ayrılmasını xahiş edir.

News365.az bildirir ki,  bu barədə "Var Zona" portal məlumat yayıb.

Nəşr qeyd edib ki, sözügedən silah bunkerləri və digər yeraltı hədəfləri məhv etmək üçün nəzərdə tutulmuş "Nüvə Deterrent System-A" (NDS-A)-dır.

"NDS-A" ABŞ prezidentinə mürəkkəb və dərin yeraltı hədəfləri məhv etmək üçün əlavə nüvə imkanları təqdim edəcək. Proqram aktiv şəkildə inkişaf edir", - deyə ABŞ Energetika Nazirliyinin Nüvə Təhlükəsizliyi üzrə Milli İdarəsinin (NNSA) mətbuat xidmətindən bildirilib.

Məlumata görə, qurum bombanın hazırlanması üçün 100 milyon dollar almağı planlaşdırır. Lakin hazırlanmaqda olan bombanın mümkün gücü ilə bağlı məlumat verilmir./Axar.az

Seçilən
45
news365.az

1Mənbələr