AZ

Komitə sədri Hafiz Paşayevi 85 illik yubileyi münasibətilə təbrik edib

Hafiz Paşayev – 85

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa görkəmli alim, ADA Universitetinin rektoru Hafiz Paşayevi 85 illik yubileyi münasibətilə təbrik edib.

Təbrik məktubunda deyilir:

“Hörmətli Hafiz müəllim,

Sizi – Azərbaycan Respublikasının elm, təhsil və ictimai-siyasi həyatında uzunmüddətli, səmərəli fəaliyyəti ilə seçilən görkəmli alim, nüfuzlu ictimai xadim və pedaqoqu – 85 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm!

Sizin çoxillik fəaliyyətiniz Azərbaycan elminin inkişafı, milli təhsil sisteminin çağdaşlaşdırılması və ölkəmizin beynəlxalq elmi-mədəni mühitə inteqrasiyası baxımından çox önəmlidir. Özəlliklə ADA Universitetinin formalaşması və inkişafı yönündə göstərdiyiniz innovativ yanaşmalar və strateji baxış bu ali təhsil ocağını regionun nüfuzlu akademik mərkəzlərindən birinə çevirmişdir.

Sizin diplomatik və ictimai fəaliyyətiniz, Azərbaycanın beynəlxalq aləmdə layiqincə təmsil olunmasına, milli maraqların müdafiəsinə və ölkəmizin nüfuzunun möhkəmlənməsinə önəmli töhfələr vermişdir. Eyni zamanda, yetişdirdiyiniz gənc kadrlar, formalaşdırdığınız intellektual mühit və elmə, təhsilə verdiyiniz dəyər Sizi çağdaş Azərbaycan aydınlarının parlaq simalarından birinə çevirmişdir.

“Vətənə xidmətə görə” ordeni və digər yüksək mükafatlara layiq görülməyiniz dövlətin, cəmiyyətin fəaliyyətinizə verdiyi yüksək qiymətin bariz ifadəsidir.

Azərbaycan Respublikasında vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, elm və təhsilin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir. Sizin kimi görkəmli ictimai və elm xadimlərinin fəaliyyəti bu strateji xəttin uğurla davam etdirilməsində mühüm rol oynayır.

Sizi bir daha 85 illik yubileyiniz münasibətilə təbrik edir, möhkəm cansağlığı, uzun ömür və Azərbaycan naminə gördüyünüz şərəfli fəaliyyətdə yeni uğurlar arzulayıram!”

Seçilən
1
3
qht.az

10Mənbələr