AZ

LSFI CAREC də kapital bazarlarının inkişafı üçün üç addımı açıqlayıb

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

LSFI CAREC-də kapital bazarlarının inkişafı üçün üç addımı müəyyən edir

Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramına (CAREC) üzv ölkələr kapital bazarlarını inkişaf etdirmək üçün üç əsas addım atmalıdırlar.

"Report"un Səmərqəndə ezam olunmuş müxbirinin məlumatına görə, Lüksemburq Davamlı Maliyyə Təşəbbüsünün (LSFI) baş direktoru Nikoletta Sentofatti bu barədə AİB-in İdarə Heyətinin 59-cu illik iclasında kapital bazarları seminarında bildirib.

Onun sözlərinə görə, hər şeydən əvvəl strateji aydınlıq vacibdir.

"Birincisi, aydın bir məqsədə və bu gündəliyi əlaqələndirmək və irəli aparmaq üçün səlahiyyətli rəsmi olaraq təyin edilmiş orqana ehtiyacımız var. İkincisi, hesabatlılıq: proses iştirakçıları nəticələrə görə məsuliyyət daşımalıdırlar. Bu, həm investorlara, həm də dövlət qurumlarına aiddir. Missiya və son məqsəd aydın olsun deyə bütün platformaların işini strukturlaşdırmaq vacibdir", - o qeyd edib.

Onun sözlərinə görə, üçüncü əsas element infrastrukturun inkişafıdır.

"Kapital və onun alıcıları arasında effektiv əlaqəni təmin etmək - emitentləri investisiya şirkətləri ilə əlaqələndirmək və tam işləyən bir bazar üçün şərait yaratmaq vacibdir", - N.Sentofatti vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
3
azpolitika.info

5Mənbələr