AZ

“Bakı Marafonu 2026” start götürdü

25 min iştirakçı 42 km-lik marafonda qələbə uğrunda mübarizəyə qoşulub

Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2026” təşkil edilib. İlk dəfə olaraq 21 kilometrlik məsafədə deyil, tam 42 kilometrlik marşrutda keçirilən marafona 25 min iştirakçı qatılıb.

Aznews.az xəbər verir ki, doqquzuncu dəfədir təşkil olunan Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.

Marafona tanınmış ictimai-siyasi, incəsənət xadimləri, ziyalılar da qoşulub. Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Boyük Britaniya, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Çin və digər ölkə vətəndaşları da qələbə uğrunda yarışıblar.
Hər dəfə olduğu kimi, builki yarışda da fiziki imkanları məhdud, eləcə də Daun sindromlu şəxslər də iştirak edib.
Builki marafon yeniliklərlə yadda qalıb. “Bakı Marafonu 2026” əvvəlkilərdən həm məsafə, həm də marşrutu baxımından fərqlənib.

Marafon ötən illərdə olduğu kimi Dövlət Bayrağı Meydanından start götürsə də, bu dəfə finiş xətti daha iddialı olub – marşrut Sea Breeze ərazisinə qədər uzanıb.

Finiş nöqtəsindən əlavə marşrut üzrə 10 km və 21 km aralıq finiş nöqtələri də müəyyən edilib: 10 km məsafənin finişi Yusif Səfərov küçəsində yerləşən “Sevgi” parkında, 21 km isə Böyükşor gölünü keçdikdən sonrakı ərazidə olub.

Bakı Marafonunun marşrutu:

Seçilən
4
33
aznews.az

10Mənbələr