AZ

FHN deputatın “orada qanunsuz tikinti yoxdur” dediyi inşaatın dayandırılması barədə qərar çıxardı – REPORTAJ

Bir müddət bundan əvvəl millət vəkili Əlibala Məhərrəmzadəyə məxsus “A and J Holding”in mülkiyyətində olan “Şahdağ” hotel kompleksinin binasında qanunsuz tikinti aşkarlanması barədə xəbər təqdim etmişdik.

Quba şəhəri Lütfizadə küçəsində yerləşən həmin hotelin 6-cı mərtəbəsində layihədən kənar aparılan tikinti-quraşdırma işləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşkarlanmışdı. Məlumatın yayılmasından sonra millət vəkili mətbuat vasitəsi ilə bu xəbəri təkzib edən açıqlamalar verərək həmin hoteldə heç bir qanunsuz tikintinin olmadığını bəyan etmişdi.

Əlibala Məhərrəmzadənin mətbuat vasitəsi ilə cəmiyyətə bu xəbərin yalan olduğu barədə açıqlamalarının verildiyi 28 aprel tarixində FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 28 aprel 2026-cı il tarixli qərarı ilə bəhs etdiyimiz həmin hoteldəki tikinti-quraşdırma işlərinin dayandırılması barədə qərar çıxarılıb.

Hər yalan öz içində ifşasının tarixini daşıdığı kimi, Əlibala Məhərrəmzadənin də “qanunsuz deyil” açıqlamasını bəyan etdiyi həmin gündə, həmin tarixdə açıqlamanın yalan, tikintinin isə qanunsuz olduğu elan olundu.

Bu, FHN-nin deputat Əlibala Məhərrəmzadənin mənəvi mülkiyyətində, amma qardaşının adında olan “A and J Holding” barəsində elan etdiyi ilk qərar deyil. Şirkətin Quba şəhəri Nəriman Nərimanov küçəsi 75 ünvanında inşa etdiyi tikililərin dayandırılması barədə 27 oktyabr 2023-cü il, 30 yanvar 2025-ci il və 19 noyabr 2025-ci il tarixli üç qərarı olmasına baxmayaraq, tikintilər davam etdirilib. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi artıq bu barədə FHN-nin əməliyyat-istintaq idarəsinə müraciət edib. Həmin faktla əlaqədar olaraq Quba RPŞ-nin istintaq bölməsində də cinayət işi açılıb, iş icraata götürülüb.

Seçilən
0
4
7times.az

5Mənbələr