AZ

Naxçıvanda sertifikatlaşdırma mərkəzinə infotur- FOTOLAR

Naxçıvanda sertifikatlaşdırma prosesinin keçirildiyi İmtahan Mərkəzinə infotur təşkil olunub.

Bu barədə AzEdu.az-a Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlunat verilib.

Nazirlikdən bildirilib ki, mayın 2-dən Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə test imtahanlarına başlanılıb. Mayın 3-də prosesin təşkil olunduğu Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə yerləşən İmtahan Mərkəzinə infotur təşkil olunub. İnfoturda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin nümayəndələri, dövlət və ictimaiyyət, qeyri hökümət, eyni zamanda mətbuat nümayəndələri mərkəzədə imtahan prosesi ilə yaxından tanış olublar.  

İnfoturda Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Elxan Nəcəfov iştirakçılara məlumat verərək bildirib ki, sertifikatlaşdırma prosesinin və elektron qaydada keçirilən imtahanların Naxçıvanda təşkili üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə 3 yeni İmtahan Mərkəzi yaradılıb. Yeni imtahan mərkəzləri Naxçıvan şəhər 10 və 11 nömrəli tam orta məktəblərdə, həmçinin Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində fəaliyyət göstərir. 2024-cü ildə yaradılan 302 yerlik Naxçıvan şəhər 4 nömrəli tam orta məktəb də daxil olmaqla,4 mərkəzdə ümumilikdə eyni anda 720 təhsilverənin imtahan verməsi mümkün olacaq.

Qeyd olunub ki. bütün mərkəzlər zəruri maddi-texniki baza ilə təmin olunub. Belə ki, yeni mərkəzlərdə imtahanların keyfiyyətli təşkili üçün 420 yeni kompüter verilib. Eyni zamanda daimi elektrik təchizatının təmin olunması məqsədilə 3 mərkəzin hər birində generator quraşdırılıb. İmtahanların şəffaf və obyektiv keçirilməsi üçün mərkəzlərdə müasir tələblərə cavab verən elektron daşıyıcılar, səs və görüntüləri qeyd edən veb-kameralar quraşdırılıb. Bildirilib ki, prosesdə ümumilikdə 2772 təhsilverənin iştirakı nəzərdə tutulub.

Mərkəzdə bu günə kimi müəllimlərin sertifikatlaşdırma prosesi ilə yanaşı, müəllimlərin və məktəb direktorlarının, məktəbəqədər təhsil müəssisələrinin metodist və tərbiyəçi müəllimlərinin işə qəbulu təşkil olunub. Həmçinin mərkəzin imkanlarından Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi də istifadə edir. 

Qeyd edək ki, infoturun təşkilində məqsəd prosesdə iştirak edəcək təhsilverənlərə yaradılan şərait və prosesin şəffaf təşkili üçün həyata keçirilən tədbirlərlə bağlı ictimaiyyəti və medianı məlumatlandırmaqdır.

Seçilən
30
azedu.az

1Mənbələr