ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İtaliyanın “Milan” futbol komandasının baş məşqçisi Massimiliano Alleqri yay transfer pəncərəsi üçün iddialı planlar qurub. “La Gazzetta dello Sport” nəşrinin yaydığı məlumata görə, “rossonerilər” heyəti bir neçə mövqedə gücləndirmək niyyətindədir.
İdman.Biz xəbər verir ki, A Seriyasında üçüncü pillədə qərarlaşan və ilk dördlükdəki yerini demək olar ki, təmin edən “Milan”da əsas hədəf müdafiə xəttini möhkəmləndirməkdir. Bu məqsədlə İtaliyanın “Latsio” klubunun mərkəz müdafiəçisi Mario Gila namizədlər sırasındadır.
Alleqrinin hücum xətti üçün əsas prioriteti isə “Atletiko Madrid”in forvardı Aleksander Sörlotdur. Norveçli qolçudan başqa, siyahıda Seru Qirassi, Qonsalo Ramos və Nikolas Cekson kimi adlar da yer alıb.
Yarımmüdafiəyə Almaniyanın “Bavariya” klubundan Leon Qoretzkanı azad agent kimi cəlb etməyi planlaşdıran “Milan”, həmçinin cinah hücumçusu transferi üzərində də çalışır.
İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.