Polşa çempionatında 31-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Motor” növbəti matçını keçirib.
Doğma meydanda “Lex”lə qarşılaşan Lublin təmsilçisi 0:1 hesabı ilə məğlub olub.
Dadaşov meydana 77-ci dəqiqədə daxil olub.
“Motor” hazırda 39 xalla turnir cədvəlində 12-ci yerdədir.