Ukrayna Rusiyanın Leninqrad vilayətinə gecə saatlarında kütləvi PUA hücumu həyata keçirib.
Leqal.info xəbər verir ki, bu barədə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bildirib.
Onun sözlərinə əsasən, Ukrayna Silahlı Qüvvələrinin kütləvi hücumu dəf edilib, 60-dan çox PUA vurulub.
Qubernator əsas hədəfin Primorsk dəniz ticarət limanı olduğunu söyləyib. Bildirib ki, PUA hücumu nəticəsində limanda yanğın baş verib. Limana neft sızıntısı qeydə alınmayıb.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta