AZ

“Şalke” 3 illik fasilədən sonra Bundesliqaya qayıtdı

Almaniyanın 2-ci Bundesliqasında mövsümün qalibi və yüksələn komandası vaxtından əvvəl müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, “Şalke" 3 illik fasilədən sonra yenidən Bundesliqaya vəsiqə qazanıb.

Gelzenkirxen təmsilçisi XXXII turda doğma meydanda "Fortuna Düsseldorf" üzərində 1:0 hesablı qələbə qazanaraq həm çempionluğu, həm də elitaya yüksəlişi rəsmiləşdirib. Görüşdə yeganə qolu 15-ci dəqiqədə Türkiyə millisinin hücumçusu Kənan Karaman vurub.

Bu nəticədən sonra xallarının sayını 67-yə çatdıran “Şalke” mövsümün başa çatmasına 2 tur qalmış əlçatmaz vəziyyətə yüksəlib və həm çempionluğu, həm də Bundesliqaya birbaşa vəsiqəni təmin edib.

Beləliklə, Almaniyanın köklü klublarından biri olan “Şalke” yenidən ən yüksək liqada mübarizə aparacaq.

Seçilən
9
4
90deqiqe.az

6Mənbələr