AZ

İranda dollar milli valyuta qarşısında tarixi zirvəyə yüksəlib

İranda dollar milli valyuta qarşısında tarixi zirvəyə yüksəlib

İranda ABŞ dolları azad bazarda tarixinin ən yüksək səviyyəsinə qalxaraq 184 min tumən həddinə çatıb.

AFN.az xəbər verir ki, ölkənin azad bazarında dolların satış məzənnəsinin 184 min tumənə çatması ilə İranın yerli valyutası rekord səviyyədə dəyər itirib.

ABŞ və İsrailin hərbi əməliyyatlarının başladığı 28 fevral tarixindən əvvəl 1 ABŞ dolları 160 min tumən səviyyəsində qərarlaşmışdı. Müharibənin sonrakı dövrlərində isə dollar bir qədər ucuzlaşaraq 135 min tumənə qədər geriləmişdi.

Son vaxtlar İranın milli valyutasında müşahidə olunan bu kəskin dəyər itkisi ABŞ-ın tətbiq etdiyi ağır sanksiyalarla yanaşı, müharibənin yaratdığı iqtisadi təzyiqlər nəticəsində ciddi ölçülərə çatıb.

Seçilən
66
afn.az

1Mənbələr