Mayın 2-də Şəki-Zaqatala bölgəsi üzrə məktəblilərarası fənn müsabiqələrinin və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının yarımfinal turu keçirilib. Müsabiqə və olimpiadanın yarımfinalında Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 815 şagird biliyini sınayıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə regional təhsil idarəsindən məlumat verilib.
Xatırladaq ki, müsabiqələrin keçirilməsində əsas məqsəd istedadlı şagirdləri aşkar etmək, onların məntiqi və yaradıcı düşünmə bacarıqlarını inkişaf etdirmək, sağlam rəqabət mühiti formalaşdırmaq və şagirdlərlə məqsədyönlü iş aparmaqdır.