AZ

Trampdan İrana xəbərdarlıq

ABŞ prezidenti Donald Trump özünün "Truth Social" hesabında paylaşım edərək bildirib ki, İranın təqdim etdiyi yeni planı tezliklə nəzərdən keçirəcək. Metbuat.az xəbər verir ki, o qeyd edib ki, İranın son 47 ildə dünyaya və insanlığa vurduğu ziyanı nəzərə alaraq, bu planın qəbul edilə biləcəyinə inanmır. Digər tərəfdən, İRNA İranın ABŞ ilə danışıqlarda vasitəçi rolunu oynayan Pakistan vasitəsilə yeni təklif göndərdiyini açıqlayıb. Məlumata görə, İran aprelin 30-u axşam saatlarında yekun danışıqlar mətnini Pakistana təqdim edib.

Hazırda tərəflər arasında gərginlik davam edir və təqdim olunan planın qəbul olunub-olunmayacağı qeyri-müəyyən olaraq qalır.

Seçilən
7
31
metbuat.az

10Mənbələr