Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Tottenhem"in müdafiəçisi Mikki van de Ven karyerasını İngiltərə nəhənginə davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.
Məlumata görə, onun xidmətində "Mançester Yunayted" maraqlıdır. Mənbə "qırmızı" şeytanların 25 yaşlı futbolçunun sürətini yüksək dəyırləndirdiklərini bildirib.
Van de Ven "Tottenhem"ə 2023-cü ildə, 40 milyon avro qarşılığında "Volfsburq"dan transfer olunub. Cari mövsüm London klubunun heyətində 40 matça çıxan futbolçu 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun paytaxt təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Niderland millisinin üzvünün transfer qiymətini 65 milyon avro ilə dəyərləndirir.
Nihat
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.