AZ

Toyda musiqinin səsi 140 toyuğu öldürdü

Hindistanda toy mərasimi zamanı səsləndirilən yüksək musiqi fermerə baha başa gəlib.

"Ölkə.az" xəbər verir ki, hadisə Uttar Pradeş ştatında, Sultanpur rayonuna bağlı kəndlərin birində qeydə alınıb. Fermerin sözlərinə görə, toy karvanı zamanı səsləndirilən güclü musiqi nəticəsində onun 140 toyuğu tələf olub.

Sakin Babbən Vişvakarmanının qızının toy mərasimi zamanı musiqili kortej axşam saatlarında kənddən keçib və quş fermasının yaxınlığından ötüb.

Fermer Sabir Əli polisə müraciət edərək bildirib ki, yüksək səsli musiqi quşlarda güclü qorxu yaradıb və bu da onların kütləvi şəkildə tələf olmasına səbəb olub. Onun sözlərinə görə, səs o qədər güclü olub ki, toyuqlar panikaya düşərək ölüb.

Hadisədən sonra hüquq-mühafizə orqanları araşdırmaya başlayıb. Polis toyda çıxış edən DJ-nin icazə verilən səs normasını aşıb-aşmadığını yoxlayır. Bildirilir ki, tədbir zamanı güclü bas kolonkalardan istifadə olunub.

Mütəxəssislər qeyd edirlər ki, yüksək səs heyvanlarda ciddi stress yarada, panika, eşitmə problemləri və hətta ölümə səbəb ola bilər. Xüsusilə ev və vəhşi heyvanlar bu cür təsirlərə qarşı daha həssasdır.(lent.az)

Seçilən
0
2
olke.az

10Mənbələr