PSJ yayda hücumçularından birini satmağı qərarlaşdırıb.
Fanat.Az xəbər verir ki, söhbət portuqaliyalı Qonsalu Ramuşdan gedir.
Məlumatı tanınmış insayder Fabritsio Romanodan gedir.
Fransa klubu 24 yaşlı oyunçu üçün variantları nəzərdən keçirməyə hazırdır. İtaliya, İspaniya və İngiltərə komandaları onunla maraqlanır.
Ramuş Luis Enrikenin komandasında özünü daimi oyunçu kimi təsdiqləyə bilməyib. O, bu mövsüm bütün yarışlarda cəmi 14 dəfə start heyətində yer alıb. Baxmayaraq ki, hücumçu bu görüşlərdə 12 qol vurub. Effektivliyinə baxmayaraq, komandadakı rolu, xüsusən də cəmi 171 dəqiqə oynadığı Çempionlar Liqasında qənaətbəxş sayılmır.
Futbolçunun özü də yeni karyera variantları axtarmağa hazırdır. Onun əsas müştərisi "Yuventus"dur.
Ramuş vaxtilə 65 milyon avroya icarə əsasında "Benfika"dan PSJ-yə keçib. O vaxtdan bəri o, daimi start heyətində yer tapmaqda çətinlik çəksə də, 127 oyunda iştirak edib və 45 qol vurub. O, həmçinin 2022/23 mövsümündə Portuqaliya liqasında ən çox qol vuran oyunçu olub. Qonsalu milli komandada 24 oyunda 10 qol vurub.