AZ

NATO Polşada genişmiqyaslı hərbi təlimlərə başladı

NATO qüvvələri Polşanın şimal-şərqində genişmiqyaslı hərbi təlimlərə başlayıb.

Azreform.info xəbər verir ki, bu barədə Polşa xəbər agentliyi PAP-ın məlumat yayıb.

Təlimlərin məqsədi Alyansın Polşa və Baltikyanı ölkələr arasında strateji əhəmiyyətli Suvalki dəhlizini müdafiə etmək qabiliyyətini gücləndirməkdir.

Polkovnik-leytenant Dariuş Quzenda bildirib ki, "Amber Shock 26" kod adlı təlimdə bir neçə NATO ölkəsindən 3500-dən çox əsgər və yüzlərlə hərbi texnikası iştirak edir.

“Amber Shock 26” təlimi hazırda Polşa, Litva və Finlandiyada keçirilən daha genişmiqyaslı “Saber Strike 26” təliminin bir hissəsidir və regionda böhran vəziyyətində qoşunların sürətli yerləşdirilməsi və birgə əməliyyatların keçirilməsi üçün nəzərdə tutulub.

Elvin

Azreform.info

Seçilən
39
22
azreform.info

10Mənbələr