Fransa Peşəkar Futbolçuların Milli Birliyi rəsmi saytında 2025/26 mövsümü üçün mükafatlara namizədləri açıqlayıb.
Fanat.Az xəbər verir ki, mövsümün oyunçusu mükafatı uğrunda beş oyunçu mübarizə aparır.
Onlardan üçü PSJ-ni təmsil edir - müdafiəçi Nuno Mendeş, yarımmüdafiəçi Vitinya və hücumçu Usman Dembele.
Siyahıda həmçinin "Olimpik Marsel"in hücumçusu Meyson Qrinvud və "Lens"in forvardı Florian Tovin də var.

Ən yaxşı qapıçı mükafatına namizədlər "Olimpik Lion"dan Dominik Qreyf, "Anje"dən Kouaku Koffi, "Strasburq"dan Mayk Penders, "Lans"dan Robin Risser və "Renn"dən Brays Sambadır.
Ən yaxşı gənc oyunçu mükafatına namizədlər "Strasburq"un yarımmüdafiəçisi Valentin Barko, "Lill"in yarımmüdafiəçisi Ayoub Buaddi və PSJ-nin "üçlüy"ü olan Desire Due, Xuan Neveş və Uorren Zair-Emeridir.
Fransa çempionatının ən yaxşı məşqçisi Luis Enrike (PSJ), Paulu Fonseka ("Olimpik Lion"), Brunu Genesiu ("Lill"), Oliver Pantaloni ("Loryan") və Pyer Seyc ("Lans") ola bilər.
Qurum həmçinin Fransadan kənarda ən yaxşı fransız oyunçusu adına namizədləri açıqlayıb - Rayan Çerki ("Mançester Siti"), Yuqo Ekiti ("Liverpul"), Kilian Mbappe ("Real Madrid"), Maykl Olise ("Bayern") və Uilyam Saliba ("Arsenal") mükafata namizəddirlər.
Qaliblər 11 may Bazar ertəsi günü elan ediləcək.
30 turdan sonra PSJ Liqa 1-ə liderlik edir və "Lens"dən altı xal irəlidədir.
Mirağa