Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Naməlum şəxslər Ermənistanın Çexiyadakı səfirliyinin Praqa şəhərində yerləşən binasından səfirə məxsus seyfi oğurlayıblar.
"Ölkə.az" bildirir ki, hadisə 2025-ci il dekabrın 9-da baş versə də, bu barədə yalnız indi məlumat yayılıb.
Polis bir neçə ay ərzində iki nəfər olduğu bildirilən oğruları tapmağa çalışsa da, hələlik buna nail olmayıb. Cinayətkarlar binanın ikinci mərtəbəsinin terrasına ildırımötürücü vasitəsilə qalxaraq içəri daxil olublar.
Onlar səfirin kabinetinə girərək iş otağını qarət edib, iki seyfi yerindən çıxarıblar. Hər iki seyfi terrasa çıxarıb aşağı atan şəxslərdən biri onları götürərək hadisə yerindən uzaqlaşa bilib. Dekabrın 26-da həmin seyf səfirliyin yaxınlığındakı parkda tapılıb.
Məlumata görə, cinayətkarlar seyfi aça bilməyiblər və içindəki bütün əşyalar toxunulmaz qalıb. Dəymiş ziyan təxminən 18 000 kron (təxminən 1 470 manat) həcmində qiymətləndirilir. Ermənistan səfirliyi hadisəni şərh etməyib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.