AZ

"Liverpul"dan müdafiəyə 24 milyonluq möhkəmlənmə

Müdafiə xəttini gücləndirmək niyyətində olan "Liverpul" İtaliya bazarına üz tutub.

Fanat.Az xəbər verir ki, "TEAMtalk" nəşrinin yaydığı məlumata görə, "mersisaydlılar" "Napoli"də çıxış edən niderlandlı mərkəz müdafiəçisi Sem Beukemanı transfer etmək üçün ilkin təklif irəli sürüb.

Təklif olunan müqavilənin dəyərinin təxminən 24.2 milyon funt-sterlinq olduğu bildirilir.

Arne Slotun rəhbərliyi altında yenidən qurulan "Liverpul" Beukemanı heyətin vacib hissəsi kimi görür. Danışıqların yaxın vaxtlarda rəsmiləşəcəyi gözlənilir.

Seçilən
17
fanat.az

1Mənbələr